AZ

Ermənistan MN-in vəzifəli şəxsləri irimiqyaslı mənimsəmədə ittiham olunurlar » AzadMedia.az


Ermənistan Müdafiə Nazirliyinin (MN) N-saylı hərbi hissəsinin batalyon komandirinin müavini və anbar rəisi irimiqyaslı mənimsəmədə ittiham olunublar.

Bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat verib.

Bildirilib ki, onlar öz vəzifə səlahiyyətlərindən istifadə edərək satış məqsədilə 700 litr dizel yanacağını qrup halında oğurlayıblar. Yanacaq hərbi hissənin ərazisindən alıcının avtomobili ilə çıxarılıb və satılıb, əldə edilən məbləğ isə oğurlayan şəxslər arasında bölüşdürülüb.

"Sonradan onlar hərbi hissədən daha 2 ton dizel yanacağını çıxarmağa cəhd göstəriblər - lakin bacarmayıblar. Çünki anbar rəisi saxlanılaraq Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə göndərilib. Oğurluq və oğurluğa cəhdə görə batalyon komandirinin müavininə və anbar rəisinə ittihamlar irəli sürülüb", - məlumatda qeyd olunub.

İttihamlar, həmçinin tağım komandirinə və yanacağın alıcısına da irəli sürülüb. Alıcıya qarşı qətimkan tədbiri olaraq ev dustaqlığı tətbiq edilib.
Seçilən
13
2
azadmedia.az

3Mənbələr