AZ

Azərbaycan millisinin sabiq üzvü Türkiyədə həbs edildi

Türkiyə futbolunda aparılan mərc istintaqı çərçivəsində 14-ü futbolçu olmaqla ümumilikdə 29 şübhəli barədə saxlanılma qərarı verilib. Saxlanılanlar arasında Azərbaycan millisinin sabiq müdafiəçisi də var.

İdman.Biz xəbər verir ki, Azərbaycanın U-17 və U-19 yığmalarında çıxış etmiş Karakaş ümumilikdə 14 oyun keçirib.

O, baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında U-17 Avropa çempionatında Portuqaliya (0:5), Belçika (1:1) və Şotlandiya (0:1) ilə qarşılaşmalarda meydanda olub.

Qeyd edək ki, Karakaş karyerasını hazırda Türkiyənin Üçüncü Liqasında çıxış edən “Erciyes 38” klubunda davam etdirir.

İdman.Biz
Məqalədə:
Seçilən
60
1
idman.biz

2Mənbələr