AZ

Mina qurbanları ilə bağlı sorğular aparılıb  

"Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” (AMZA) İctimai Birliyi “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsinin icrasını həyata keçirib.

Ötən il 11 rayonu və şəhəri (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı, Sumaqyıt, Abşeron) əhatə edən layihə çərçivəsində minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin siyahısı müəyyənləşdirilib, onların ehtiyacları öyrənilib.

AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyi tərəfindən mina qurbanları ilə bağlı aparılmış tədqiqatın nəticələrinə həsr olunmuş mətbuat konfransında məlumat verilib. Bildirilib ki, bu il isə anoloji layihə 8 rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy, Gəncə) icra olunub. 373 nəfər mina qurbanı sorğulara cəlb edilib.

 

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr