AZ

84 əməkdaşa təlim keçilib "Cari il ərzində

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən ali təhsil müəssisələrinin (ATM) və akkreditasiya komissiyalarının akkreditasiya prosesinə sistemli hazırlığının təmin edilməsi məqsədilə metodoloji dəstək tədbirləri həyata keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri  Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün 2025-ci ilin yekununa dair  brifinqdə deyib.

O qeyd edib ki, ATM-lər üçün akkreditasiya prosesi öncəsi özünütəhlilin aparılmasına dəstək məqsədilə ümumilikdə 40 ATM üzrə 84 əməkdaşın iştirakı ilə klaster təlim təşkil olunub:

"Həmçinin Azərbaycan Dövlət Dənizçilik Akademiyasında 25, Milli Aviasiya Akademiyasında isə 45 əməkdaşın iştirakı ilə “Özünütəhlil Hesabatının tərtib olunması”, “Akkreditasiya meyarlarının izahı” və “Daxili keyfiyyət təminatı sisteminin qurulması” mövzularında təlimlər keçirilib. 

Bundan əlavə, regionlarda  - ADPU-nun Şamaxı və Cəlilabad filialları, Lənkəran Dövlət Universitetində daxili keyfiyyət təminatı üzrə fəaliyyətlərin gücləndirilməsi məqsədilə  görüşlər təşkil olunaraq aidiyyəti üzrə müzakirələr aparılıb".

Sədr vurğulayıb ki, bu il ərzində institusional akkreditasiya üzrə 11, proqram akkreditasiyası üzrə isə 16 komissiya üzvü üçün onlayn məlumatlandırıcı sessiyalar təşkil olunub:

"Tələbələrin keyfiyyət mədəniyyəti ilə bağlı rolunun artırılması məqsədilə həyata keçirilən “Keyfiyyət elçisi” proqramı çərçivəsində 19 ATM-dən 707 tələbə esse müsabiqəsində iştirak edib, 54 tələbə qalib olaraq təlim və simulyasiya mərhələlərinə dəvət olunub, onlardan 22-si seçilərək akkreditasiya komissiyalarının üzvü kimi sahə səfərlərinə göndərilib.

Ekspert potensialının artırılması istiqamətində ali təhsil üzrə 66 nəfər təlimlərə cəlb edilib, onlardan 26 nəfər təlim modullarını müvəffəqiyyətlə başa vurub. Peşə təhsili müəssisələri üzrə isə 35 nəfər əməkdaş üçün təlimlər təşkil edilib və simulyasiya mərhələsindən 27 nəfər keçib. Həmçinin cari ilin fevral ayında AzMİU-da 26 saatlıq, 3 modullu Tyutor Məktəbi proqramı icra olunaraq tələbəyönümlü təhsil mühitinin gücləndirilməsinə töhfə verilib".

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr