AZ

Zelenski ABŞ-də nə vaxt olacaq?

Volodimir Zelenskinin Ukrayna nizamlanması üzrə danışıqlar aparmaq üçün dekabrın 28-də ABŞ-a gedəcəyi gözlənilir.

"Yeni Sabah" “Kyiv Post”a istinadla xəbər verir ki, bunu diplomatik mənbələr deyib.

Görüş ABŞ prezidenti Donald Trampın Florida ştatındakı Mar-a-Laqodakı iqamətgahında baş tuta bilər.

Ukrayna üzrə ABŞ-Avropa əməkdaşlığında iştirak edən yüksək rütbəli Qərb rəsmisi anonimlik şərti ilə bildirib ki, nizamlanma danışıqlarında konkretlik səviyyəsi “əvvəlkilərdən daha yüksəkdir”, lakin bir sıra məqamlar çətin olaraq qalır. Bunlara təhlükəsizlik zəmanətləri, potensial sülh sazişinə nəzarət və “Rusiyanın hüquqi öhdəlikləri” daxildir.

Bir gün əvvəl Zelenski ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Cared Kuşnerlə danışdığını açıqlayıb.


Telegram kanalımız
Seçilən
52
yenisabah.az

1Mənbələr