AZ

Hicran Hüseynova: Diqqətdən kənarda qalan tarixi abidələrimiz var

Mövcud qanunvericiliyə təklif olunan əlavə və dəyişikliklər çox aktualdır. Biz öz tariximizi, mədəniyyətimizi qorumalıyıq.  Bu çox həssas və strateji məsələdir. Qanun layihəsinə səs verəcəyəm. Qısa olaraq 1 fikirmi səsləndirmək istərdim. Müvafiq qurumlar mədəni və tarixi abidələrimizin, bina və məbədlərimizin qorunması, yenidən bərpası və təmiri üçün müvafiq tədbirlər görürlər.

Modern.az-ın məlumatına görə, bunu Milli Məclinin bugünkü plenar iclasında deputat Hicran Hüseynova deyib.

O qeyd edib ki, xüsusi ilə də Heydər Əliyev Fondu bu sahədə bir çox layihələr həyata keçirir. Lakin, hələ də diqqətdən kənarda qalan mədəni-tarixi abidələrimiz var.

"Bakıda, bir çox şəhər, rayon və kəndlərimizdə belə nümunələri görə bilərik. Biz bu məsələyə çox həssas yanaşmalıyıq. Çünki, onlar sadəcə abidə, məbəd və ya tiklii deyil. Onlar həm də bizim tariximizdir, bizə qalan mirasdır. Hansı ölkədə bu qədər  abidələr olsaydı, onları bütün dünyaya  tanıdar, nə qədər qədim xalq olduğunu təbliğ edərdilər. Ona görə də biz bu məsələyə xüsusi diqqət verməliyik. Azərbaycana məxsus olan tarixi, mədəni, dini abidələrimizi qorumalıyıq".

Seçilən
13
1
modern.az

2Mənbələr