Bakı. Trend:
Görüşdə sahibkarlar ilə biznesin qurulması və inkişafetdirilməsi istiqamətində müzakirələr aparılıb, fikir və təklifləridinlənilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)təşkilatçılığı və Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilərayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdəkənd təsərrüfatı, sənaye, heyvandarlıq sahələrində fəaliyyətgöstərən 80-ə yaxın sahibkar, eləcə də dövlət qurumlarınınnümayəndələri iştirak ediblər.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ŞirvanŞəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayonda sahibkarlıqfəaliyyəti və əlverişli işgüzar mühit, dövlətin həyata keçirdiyidəstək tədbirləri və rayonun iqtisadi potensialı barədə ətraflıməlumat veriblər. Dövlət-sahibkar əməkdaşlığı platformasıçərçivəsində keçirilən tədbirdə rayonun sənaye ənənələri iləyanaşı, ticarət, logistika və xidmət kimi sahələrdə də genişpotensiala malik olduğu qeyd edilib. Bildirilib ki, Şirvanda, eləcədə ətraf şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlar KOBdostlarına müraciət edərək biznesin qurulması və mövcud fəaliyyətingenişləndirilməsi üçün informasiya, məsləhət, əlaqələndirmə vədigər istiqamətlərdə dəstək ala bilərlər.
Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, qaldırılanməsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sahibkarlarla müəssisətikintisi üçün torpaq sahəsinin ayrılması, istixana təsərrüfatınınkommunal xidmətlərə qoşulması, güzəştli kreditlərin verilməsi və s.istiqamətlərdə müzakirələr aparılıb, sualları cavablandırılıb.
KOBİA nümayəndələri həmçinin, Şirvanda fiziki şəxs SeyidzamanSəmədovun tikiş sexinin və Hacıqabulda “Teodoro” MMC-nin damörtükləri istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub,sahibkarlarla biznesin inkişafına dair fikir mübadiləsiaparıblar.