AZ

Fazil Mustafa: Elektron siqaret qadınlar üçün də təhlükədir

Elektron siqaret artıq yalnız kişilər üçün deyil, həmçinin qadınlarımız və qız övladlarımız üçün də ciddi təhlükə yaradır.

Sabahinfo.az xəbər verir ki, bu sözləri parlamentin bugünkü plenar iclasında deputat Fazil Mustafa söyləyib.

O, bildirib ki, bu tendensiyanın qarşısının alınması cəmiyyətin sağlamlığı üçün vacibdir və dövlət bu məsələdə vətəndaşların sağlamlığının qorunmasına xüsusi diqqət göstərir.

Deputat əlavə edib ki, qanunvericilikdəki dəyişikliklər elektron siqaret istifadəsinin yayılmasının qarşısını almağa və xüsusilə gənc nəslin nikotinlə bağlı risklərdən qorunmasına xidmət edəcək.

Seçilən
12
1
sabahinfo.az

2Mənbələr