Bakı. Trend:
Türkiyə ildə 80 milyard kubmetrədək təbii qaz idxal etməyə imkanverən infrastruktura malik olmaqla, Avropaya enerji daşıyıcılarınıntədarük mərkəzinə çevrilmək yolunda irəliləyir.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu bəyanatı türkiyənin energetikavə təbii sərvətlər naziri Alparslan Bayraktar səsləndirib.
“Hazırda 60 milyard kubmetr qaz istehlak edən Türkiyə 80 milyardkubmetrədək qaz qəbul etməyə imkan verən infrastruktura sahibdir.Bu isə qazın ixracı və ticarəti üçün imkanlar yaradaraq TürkiyəniAvropa üçün mühüm təchizatçıya çevirir”, – deyə nazir bildirib.
Bayraktar bildirib ki, Türkiyə Rumıniyadan daxil olan ildə 1milyard kubmetr qaz tədarükü ilə bağlı sorğu üzərində işləyir.
“Biz hazırda Suriyaya və İğdır üzərindən Naxçıvana qaz ötürəbilirik. Suriyaya əlavə elektrik enerjisi də veririk. Məqsədimiz2026-cı ildə Hələbə əlavə 500 meqavat elektrik enerjisi ötürməkdir.Bolqarıstan üzərindən Avropaya qaz ixrac edirik...Ümumi qazlaşdırmagücümüzü 200 milyon kubmetrə çatdırmaq istəyirik. Çünki LNG bazardagetdikcə daha əlçatan olur. Tuz Gölü və Silivridəki yeraltı qazanbarlarının tutumunun artırılması da hədəflərimizarasındadır”,-deyə nazir bildirib.