Qanunda “tütün məmulatları” anlayışının tərkibində “elektron siqaretlər” və “qızdırılan tütün məhsulları” birgə təqdim olunmuşdur. Halbuki, həm dünya praktikasında, həm də Azərbaycanda qəbul olunmuş milli standartlara əsasən, bu iki məhsul texniki və funksional cəhətdən fərqli kateqoriyalara aiddirlər.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclinin bugünkü plenar iclasında deputat Vüqar Bayramov “Tütün və tütün məmulatları haqqında” qanun layihəsi haqqında danışarkən deyib.
O qeyd edib ki, bu səbəbdən, qanun layihəsinin istifadə olunan “qızdırılan tütün məmulatları” ifadəsində “tütün məmulatları” sözünün çıxarılsın.
“Çünki “qızdırılan tütün məhsulu” artıq özlüyündə ayrıca bir anlayışdır və texniki standartlara görə “qızdırıcı cihaz” vasitəsilə istifadə olunur. Bu cihazlar adi tütün məhsullarından fərqli olaraq, siqaret deyil və ayrıca hüquqi tənzimləməyə ehtiyac duyur”- deputat qeyd edib.