ain.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Britaniya kral ailəsi Sandrinqemdə keçirilən ənənəvi Milad mərasimində iştirak edib.
Axşam.az xəbər verir ki, həmişəki kimi, fotoqraflar yalnız Kral III Çarlz və Kraliça Kamillaya deyil, həm də Uilyam və keyt Midllton, eyni zamanda onların uşaqlarına diqqət yetiriblər. Keyt və Uilyam mərasimdə Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Lui ilə birlikdə ailə olaraq iştirak ediblər.
Xatırladaq ki, bu il də əvvəlki kimi ailə üçün çətin olub: Keyt yanvarda bir illik xərçəng müalicəsindən sonra remissiyada olduğunu elan etsə də, il ərzində onun sağlamlığının pisləşdiyinə dair şayiələr yayılıb. Şahzadə Uilyam bunu açıq şəkildə təkzib etsə də, dedi-qodular səngiməyib. Məsələn, bir ay əvvəl hamı Keytin residiv səbəbindən parik taxmaq məcburiyyətində qalmasından danışırdı.
Tədbir üçün Keyt Middlton və Şahzadə Şarlotta qəhvəyi çalarlarda oxşar geyimlər seçiblər.







Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.