AZ

Kosmosda şok anlar: Ayın önündən keçdi...

Sosial şəbəkələrdə və elmi platformalarda maraqlı görüntülər yayılıb — Beynəlxalq Kosmik Stansiya Ayın fonunda obyektivə düşüb.

Ekologiya.az xəbər verir ki, saatda təxminən 28 min kilometr sürətlə hərəkət edən Beynəlxalq Kosmik Stansiya Yer ətrafında 90 dəqiqəyə bir dövrə vurur. Bu sürətlə hərəkət edən nəhəng orbital obyektin Ay diskinin önündən keçid anını lentə almaq isə olduqca nadir və heyranedici təsadüf sayılır.

Mütəxəssislər bildirirlər ki, belə kadrların əldə olunması üçün saniyələr səviyyəsində dəqiqlik, uyğun mövqe və texniki hazırlıq tələb olunur. Nəticədə ortaya çıxan görüntülər kosmosun miqyasını və insan texnologiyasının imkanlarını bir daha nümayiş etdirir.

Qeyd olunur ki, bu cür çəkilişlər həm peşəkar astrofotoqraflar, həm də elm həvəskarları üçün xüsusi dəyərə malikdir və kosmik tədqiqatlara marağı daha da artırır.

Seçilən
18
ekologiya.az

1Mənbələr