AZ

Qanun layihəsində DƏYİŞİKLİK Elektron siqaret qadağası bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi Azərbaycanda elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək. Bu, “Tütün və tütün məmulatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. Bizim.Media xəbər verir ki, qanun layihəsinə ikinci oxunuşda dəyişiklik olunub.

MÖVZU İLƏ BAĞLI: SON DƏQİQƏ! Azərbaycanda elektron siqaretlərdən istifadə QADAĞAN EDİLƏCƏK

Belə ki, qanun layihəsi qəbul olunduğu halda fevralın birində yox, aprelin birində qüvvəyə minəcək.Xatırladaq ki, bu təkliflə parlamentin dekabrın 19-da keçirilən plenar iclasında deputat Azər Əmiraslanov çıxış edib. “Bu müddət ərzində maddi itkilərlə və çətinliklərlə üz-üzə qalmaması üçün sahibkarlara aidiyyatı qurumlar tərəfindən hər cür dəstək verilməsini də vacib hesab edirik”, - deyə o qeyd edib.Qanun layihəsi səsə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
3
bizim.media

4Mənbələr