AZ

Mədəni abidələrimizin qorunması təbliğatı çox zəifdir Aydın Mirzəzadə

ain.az, Redaktor.az saytına istinadən bildirir.

"Mədəni abidələrimizin qorunması təbliğatı çox zəifdir. Gəlin, əvvəlcə mədəni abidələrimizin qorunması məsələsini hər bir vətəndaşımızın beyninə yeridək, ondan sonra məsuliyyət məsələsini ortaya qoyaq. Çox təəssüf ki, mən reklamlara rast gəlmişəm. Vaxtaşırı şəhər küçələrində reklam lövhələrinə rast gəlirik və böyük bir elan var: Burada sizin reklamınız ola bilər. Hiss olunur ki, reklam cəlb etmək istəyirlər. Olmazmı ki, həmin reklam lövhələrinə məhz "mədəni abidələrimizi qoruyaq" deyilən şüar yazılsın? Hansısa bir abidəmizin, hansı iildə tikildiyi UNESCO-nun diqqətində olduğu qədər diqqətə çatdıraq".

Redaktor.az xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə parlamentdə müzakirələr zamanı bildirdi.

"Mən çox istərdim ki, ali məktəb auditoriyalarında ixtisasdan asılı olmayaraq gənclərimizə mədəni abidələrin qorunmasının vacibliyi və bu mədəni abidələrin sabah həmin o insanların mədəniyyətinin bir hissəsi olduğu barəsində mühazirələr olsun. Bugünkü tələbələr sabahısı günü icra başçılarıdır, nazirlərdir, böyük şirkət rəhbərləridir və bu baxımdan indidən onların düşüncəsini formalaşdıraq. Gəlin, telekanallarda, saytlarda vaxtaşırı mədəni abidələrin qorunmasına dair sosial reklamlar verək. Dövlət buna bir vəsait ayırsın və hesab edirəm ki, belə olduqda biz mədəni abidələrimizi daha çox qoruya bilərik. Və bu zaman bu qanun da tətbiqinə elə bir ehtiyac qalmaz", - deyə millət vəkili vurğuladı.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
1
redaktor.az

2Mənbələr