AZ

Oqtay Əsədovun qızının dəfn yeri məlum oldu

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun xərçəng xəstəliyindən vəfat edən qızı Nərmin Əsədovanın dəfn yeri məlum olub.

"Yeni Sabah" qafqazinfo.az-a istinadla xəbər verir ki, mərhum bu gün "Qurd qapısı" qəbiristanlığında dəfn ediləcək.

N.Əsədovanın 3 mərasimi Heydər məscidində keçiriləcək.

N.Əsədova uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Onun 5 övladı var.

Xatırladaq ki, Oqtay Əsədov 2005-ci il dekabrın 2-dən 2020-ci il martın 10-dək Milli Məclisin sədri vəzifəsində çalışıb. 


Telegram kanalımız
Seçilən
45
11
yenisabah.az

10Mənbələr