AZ

Mingəçevirdən Qarabağa 19 mindən artıq məcburi köçkün ailəsi yola salınacaq

MİNGƏÇEVİR, 26 dekabr. TELEQRAF

Qarabağa qayıdış çərçivəsində Mingəçevirdə məskunlaşan 19 mindən artıq keçmiş məcburi köçkün ailəsi mərhələli şəkildə işğaldan azad olunmuş doğma yurdlarına yola salınacaq.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, bu günədək Mingəçevirdən 100-dən çox ailə Füzuli, Cəbrayıl, Xocalı, Xocavənd, Laçın, Şuşa və Ağdam rayonlarına köçürülüb.

Qaçqın və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin Mingəçevir şəhəri üzrə rəsminümayəndəsi Rauf Nəbiyevin verdiyi məlumata görə, köçürmə prosesində Ağdam rayon sakinləri say etibarı ilə daha böyük üstünlük təşkil edir:

"Bu, təbii haldır. Çünki Mingəçevirdə məskunlaşmış keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti Ağdam rayon sakinlərindən ibarətdir. Artıq onların bir qismiAğdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində məskunlaşıblar.

Qarşıdakı dönəmdə daha 8 ailənin Ağdam şəhərinə köçürülməsi nəzərdə tutulur".

Seçilən
44
teleqraf.com

1Mənbələr