AZ

Səudiyyə Ərəbistanı Yəməni bombardman etdi

BAKI, 26 dekabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqində yerləşən Hadramaut əyalətində “Cənub Keçid Şurası” (CKŞ) separatçılarının mövqelərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə CKŞ ilə əlaqəli AIC telekanalı məlumat yayıb.

Mənbə bildirib ki, Nəhb vadisində yerləşən CKŞ qüvvələrinə hücum edilib. Heç bir itki qeydə alınmayıb. Hələlik Ər-Riyad və ya separatçılardan heç bir şərh verilməyib.

Seçilən
51
teleqraf.com

1Mənbələr