AZ

Sabiq prezidentə 10 il həbs cəzası tələb olundu

Cənubi Koreyada sabiq prezident Yun Suk-Yeol-un 2024-cü ilin dekabrında baş vermiş hərbi idarəetmə cəhdinə görə məhkəməsi keçirilir və onun 10 il müddətinə azadlıqdan məhrum edilməsi tələb olunub.

"Cebheinfo.az" xəbər verir ki, "Yonhap" xəbər agentliyinin məlumatına görə, xüsusi səlahiyyətli prokuror Ço Eun-sukun rəhbərlik etdiyi istintaq qrupu Seul Mərkəzi Rayon Məhkəməsində keçirilən qərar iclasında Yun üçün həbs cəzası istəyib.

Prokurorlar bildiriblər ki, Yunun “cinayət xarakterli hərəkətləri hüquq və qayda-qanunu ciddi şəkildə pozub və ona etibar edərək prezident seçən xalqda dərin yaralar yaradıb”.

İttiham aktına əsasən, Yun “həbs olunmaqdan yayınmaq, kabinet üzvlərinin hüquqlarını pozmaq, xarici mediaya yalan məlumatlar yaymaq və telefon danışıqlarının qeydlərini məhv etmək” kimi əməllərdə ittiham olunur. Bu səbəbdən onun üçün ümumilikdə 10 il həbs cəzası tələb edilib.

Qeyd edək ki, Yun hərbi idarəetmə cəhdi ilə bağlı daha üç ayrı cinayət işi üzrə də mühakimə olunur.

Seçilən
29
cebheinfo.az

1Mənbələr