AZ

Şevçenko: “Rusiyanı dəstəkləyən ölkələr Olimpiadadan kənarlaşdırılmalıdır”

style='margin-bottom:10px;'>

Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti Andrey Şevçenko Rusiyanı dəstəkləyən ölkələrin Olimpiya Oyunlarından uzaqlaşdırılmalı olduğunu bildirib.

QOL.az xəbər verir ki, o, bu barədə İsveçin "Dagens Nyheter" nəşrinə açıqlamasında bildirib.

Qeyd edək ki, dekabrın 11-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya və Belarus idmançılarının yeniyetmələr arasında keçirilən yarışlarda iştirakına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılmasını tövsiyə edib. Bu Olimpiya Oyunları 2026-cı ilin yayında İtaliyada keçiriləcək.

Şevçenko qərara münasibət bildirərək sərt mövqe nümayiş etdirib: “Rusiyanın tərəfində olan bütün ölkələr bu münaqişə davam etdiyi müddətdə yarışlardan kənarlaşdırılmalıdır. Biz eyni anda hər tərəfdən təzyiq göstərməliyik”.

Seçilən
41
2
teleqraf.com

3Mənbələr