AZ

İxtiraya patent alınması üçün iddia sənədinin ekspertiza müddəti azaldılır

Bakı. Trend:

“Patent haqqında” Qanuna təklif edilən dəyişikliklər MilliMəclisdə birinci oxunuşda qəbul edilib.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə edilib.

Bildirilib ki, qanun layihəsi aşağıda qeyd edilən məsələləritənzimləyir:

  • Beynəlxalq təcrübəyə uyğun olaraq qanuna bir sıra yenianlayışların daxil edilməsi;
  • İxtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınmasıüçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddiasənədinin ekspertizası üzrə prosedurların asanlaşdırılması. Qanunlayihəsinə görə, ekspertiza müddəti (hazırda ekspertiza müddəti 12ay təşkil edir) əhəmiyyətli dərəcədə azalacaq;
  • Patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilənxidmətlərin çevikliyinin artırılması və ekspertizanınsürətləndirilməsi;
  • İxtiraların patentləşdirilməsi üçün xarici iddiaçılar özləribir sıra prosedurları birbaşa Azərbaycanın milli patent ofisinəmüraciət etməklə həyata keçirə biləcəklər. Hazırda Qanuna əsasən,Azərbaycan patenti almaq istəyən xarici hüquqi və fiziki şəxsləriddia sənədlərinin verilməsi və patentin alınmasınadək olanmərhələdə bütün hüquqi hərəkətləri, yazışmaları və digərprosedurları yalnız patent müvəkkilləri vasitəsilə həyatakeçirməlidirlər. Bu da əlavə vaxt və vəsait itkisinə, xüsusiləpatent alınması ilə bağlı daxilolmaların həcminin azalmasına səbəbolur, həmçinin xarici vətəndaşlara münasibətdə ixtira və patentfəallığı azalır.
  • Qanun layihəsi patent göstəriciləri üzrə ölkəmizin beynəlxalqreytinqinin artmasına xidmət edəcək;
  • İddiaçıların iddia sənədlərinin tərtib olunması və verilməsindəüzləşdikləri texniki çətinliklərin azaldılması.
  • İşəgötürənin xidməti tapşırığı əsasında ixtira, faydalı modelvə sənaye nümunəsi yaradan müəllifə ədalətli qonorarın ödənilməsiüçün hüquqi bazanın formalaşdırılması. Belə ki, ixtiranın müəllifipatentin alınmasına və onun qüvvədə saxlanılmasına görə patentdəngəlirin əldə edildiyi tarixədək işəgötürənin çəkdiyi xərclərçıxıldıqdan sonra qalan vəsaitin azı 50 faizini qonorar kimi alabiləcək;
  • İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafigöstəriciləri əhatə edən sənaye mülkiyyəti sahəsindəqanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinəuyğunlaşdırılması.

Beləliklə, qanun layihəsi:

  • ölkədə ixtira və patent fəallığını yüksəldəcək;
  • patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək,ekspertiza müddəti nəzərəçarpacaq dərəcədə azalacaq;
  • ixtiranın yaradıcısı olan müəllifə ödənilməli olan qonorarınməbləği əhəmiyyətli dərəcədə artacaq. Bu da müəllifin sosial-maddivəziyyətinin yaxşlaşması ilə yanaşı sənayedə tətbiq oluna bilənixtiraların sayının artmasına da müsbət təsir edəcək;
  • Qlobal innovasiya İndeksi üzrə ölkəmizin beynəlxalqreytinqlərdə göstəriciləri yaxşılaşacaq;
  • əqli mülkiyyət qanunvericiliyi daha da təkmilləşəcək.
Seçilən
39
4
az.trend.az

9Mənbələr