AZ

Azərbaycanda asbest və tərkibində asbest olan materialların istifadəsi qadağan edilir

Bakı. Trend:

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyalarınsiyahısı genişləndiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin dekabrın 26-dakeçiriləcək plenar iclasının gündəliyində yer alan "Mülkidövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)əşyaların siyahısı haqqında" Qanunda dəyişiklik edilməsi barədəqanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, asbest və tərkibində asbest olanmateriallar Mülki Məcəlləyə uyğun olaraq mülki dövriyyədəolmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyalarınsiyahısına əlavə ediləcək.

Bildirilib ki, asbest uzun illər ərzində sənayenin bir çoxsahələrində (sement, kimya, izolyasiya, kağız sənayesi və sair) vətikintidə geniş istifadə olunan mineral tərkibli materialdır.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkəmizə2023-cü ildə 591 ton asbest30 238 tontərkibində asbest olan təbəqələr, 2024-cüildə isə 1 045 ton asbest27634 ton tərkibində asbest olan təbəqələr idxal edilib.Asbest tərkibli dam örtükləri (şifer) ölkədə ümumidam örtüyü fondunun 29 faizini təşkil edir vətəxminən 190 milyon m² sahəni əhatə edir. Ölkədəşifer istehlakı 2,6 milyon m² və ya 1,5milyon list təşkil edir. Hazırda ölkənin dam örtüyübazarının 15-20 faizi şiferin payına düşür.

Vurğulanıb ki, elmi araşdırmalar onun insan sağlamlığı üçünciddi təhlükə yaratdığını sübut etdikdən sonra bir sıra ölkələrdəasbest və asbest tərkibli məhsulların istifadəsi qadağan edilib.Asbest liflərinin havaya qarışaraq nəfəs yollarına daxil olmasımüxtəlif xəstəliklərin, o cümlədən ağciyər xəstəliklərinin yaranmariskini artırır. Bu səbəbdən asbestin istifadəsininməhdudlaşdırılması və tamamilə qadağan edilməsi ictimai sağlamlığınqorunması baxımından mühüm addım hesab olunur.

Ümumdünya Səhiyyə Təşkilatı asbest və tərkibində asbest olanməhsulları kanserogen məhsullar kimi təsnifatlandırıb. ÜmumdünyaSəhiyyə Təşkilatının təklifi ilə asbestlə bağlı xəstəliklərinqarşısının alınması məqsədilə milli səviyyədə müvafiq tədbirlərinhəyata keçirilməsi üzv ölkələr tərəfindən öhdəlik kimi qəbuledilib.

Avropa İttifaqının müvafiq normalarında bu növ tikintimaterialları qadağan edilib. Belə ki, asbestlə bağlı sağlamlıqrisklərinin qarşısını almaq üçün Avropa İttifaqı asbest və asbestməhsullarının istifadəsinin qadağan olunması ilə bağlı 1999-cu və2009-cu illərdə müvafiq direktivlər qəbul edib. 1999/77/EC nömrəliDirektivlə 1 yanvar 2005-ci il tarixindən etibarən Avropaİttifaqında asbest liflərinin istifadəsi və xrizotil asbestin yenisahələrdə tətbiqi qadağan edilib.

BMT-nin "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına vəkənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyası ilə asbesttəhlükəli maddə kimi təsnifatlandırılıb.

"Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr vəpestisidlər üçün əvvəlcədən məlumatlandırılmış razılıq proseduruhaqqında Rotterdam Konvensiyası"nda (ölkəmiz bu konvensiyaya 30sentyabr 2025-ci il tarixli qanunla qoşulub) asbest məhsulutəhlükəli kimyəvi maddə kimi təsnif edilib və onun beynəlxalqticarəti müəyyən məhdudiyyətlərə tabedir. Sənədə əsasən, məhsulinsan sağlamlığı üçün ciddi təhlükə yaradır, ticarəti müəyyənprosedurlarla tənzimlənir.

Beləliklə, beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihəsinəəsasən, asbest və tərkibində asbest olan materiallar mülkidövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış)əşyaların siyahısına daxil edilir.

Qanunun 2027-ci il iyulun 1-dən qüvvəyə minməsinəzərdə tutulur.

Qanun layihəsi səsverməyə qoyularaq birincioxunuşda qəbul edilib.

Seçilən
33
32
az.trend.az

10Mənbələr