AZ

İxtiralar belə qorunacaq

İxtira, faydalı model və sənaye nümunələrinin hüquqi mühafizəsi qaydalarında dəyişiklik edilir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Patent haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilməyəcək. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Vilayət Muxtar

“Cebheinfo.az”

Seçilən
14
cebheinfo.az

1Mənbələr