Məşhur müğənni Larisa Dolinaya məxsus premium “Toyota Alphard” avtomobili 2025-ci ilin oktyabr ayında Moskvada qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, təxminən iki ay əvvəl Stroqino yaxınlığında qara “Toyota” ilə “Volkswagen” toqquşub. 2024-cü il buraxılışlı lüks avtomobilin sürücü qapısı, pəncərələri, faraları və güzgüləri zədələnib. Xəsarət alan olmayıb.
Təmir təxminən bir milyon rubla başa gəlib və məbləğin böyük hissəsi orijinal hissələrə gedib. Müğənni “Alphard”ı 2025-ci ilin aprel ayında təxminən 16 milyon rubla əldə edib.