AZ

Səfir: Azərbaycanlı turistlərin Maldivə vizasız gediş imkanı qazanmaları sevindiricidir

Azərbaycanlı turistlərin Maldiv adalarına vizasız gediş və ölkənin unikal turizm növləri ilə tanış olmaq imkanı əldə etmələri sevindiricidir.

Bunu "Far.Az"un Türkiyə bürosuna açıqlamasında Maldivin Azərbaycan üzrə qeyri-rezident səfiri Əbdül Rəhim Lətif deyib.

Səfir deyib ki, ölkəsində nadir turizm növləri mövcuddur və bu, Maldivin dünya turizmi üçün cazibəsini artırır. Diplomat Azərbaycanla ölkəsi arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı olaraq azad edilməsini təqdirəlayiq hal kimi qiymətləndirib:

"Azərbaycanla çox yaxşı münasibətlərimiz var və düşünürəm ki, Prezident İlham Əliyevin bu qərarı ölkələrimiz üçün mühüm əhəmiyyət kəsb edir. Əminəm ki, bundan sonra ölkələrimiz arasında gediş-gəliş asanlaşacaq, qarşılıqlı səfərlərin sayı artacaq və münasibətlər getdikcə daha da inkişaf edəcək. Ümid edirəm ki, Azərbaycan turizmi də maldivlilər üçün cəlbedici olacaq".

Qeyd edək ki, bu il sentyabrın 24-də Nyu-Yorkda "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş" imzalanıb. Prezident İlham Əliyev dekabrın 15-də həmin sazişlə bağlı qanunu təsdiqləyib.

Seçilən
30
far.az

1Mənbələr