AZ

Süni intellektdən istifadə edənlər cərimələnəcək?

Süni intellekt texnologiyalarından istifadə etməklə xoşagəlməz, etik normalara zidd və ya cəmiyyətdə çaşqınlıq yarada bilən videoların hazırlanması gələcəkdə hüquqi məsuliyyətə səbəb ola bilər. Hüquqşünas İsrafil Əlili Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda bu sahə üzrə ayrıca qanun layihəsi hazırlanır. Onun sözlərinə görə, sözügedən qanun layihəsi hələ yekunlaşmadığı üçün hazırda bu cür hallarla bağlı konkret cərimələr nəzərdə tutulmayıb. “Qanun layihəsi hazır olduqdan və qəbul edildikdən sonra bu sahədə hüquqi tənzimləmə məsələləri dəqiqləşəcək”, - deyə İ.Əlili qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
24
1
metbuat.az

10Mənbələr