AZ

İranlı deputat: Vəziyyətimiz yaxşı deyil, daha da pisləşəcək

BAKI, 26 dekabr. TELEQRAF

“Paytaxt Tehranda yoxsulluq həddi olduqca yüksək səviyyəyə çatıb, bəzi bölgələrdə də xərclər o qədər artıb ki, artıq Tehranla bərabərləşib”.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Məhəmməd Mötəmədizadə məlumat verib.

“Hökumət xalqın dolanışıq məsələsini faktiki olaraq nəzarətsiz buraxıb. Digər yandan, valyuta, qızıl və sikkə bazarındakı vəziyyət və kəskin qiymət dalğalanmaları ölkənin iqtisadi durumunu gərgin və emosional hala gətirib. Bu dalğalanmalar birbaşa mal və xidmət bazarına təsir göstərərək iqtisadi fəaliyyətlərdə qeyri-sabitliyə səbəb olub”, - deputat bildirib.

Mötəmədizadə əlavə edib ki, büdcənin həddindən artıq vergi gəlirlərinin artırılmasına arxalanması, maaş və əməkhaqlarının inflyasiyaya nisbətdə lazımi qədər artmaması və gəlir gətirən mənbələrin səfərbər edilməsində ciddi azalma əhalini dolanışıq məsələsində ciddi çətinliklərlə üz-üzə qoyacaq.

Seçilən
18
teleqraf.com

1Mənbələr