AZ

“Bunu kim yayıbsa, ona ayıb olsun” – Amin Ramazanov meydana çıxmaqdan imtina edib?

1-ci liqa təmsilçisi “Zaqatala” 12-ci turda səfərdə “Baku Sportinq”ə 1:2 hesabıyıa məğlub oldu. “Zaqatala”nın oyun üçün sifariş etdiyi heyətdə bu yay “Qarabağ”dan icarəyə götürdükləri gənc qapıçı Amin Ramazanov yox idi.

Mətbuatda belə məlumatlar yayılıb ki, Amin Buzovna qəsəbə stadionundakı qazonun vəziyyətinə görə meydana çıxmaqdan imtina edib. Məsələni dəqiqləşdirmək üçün komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxladıq:
“Yaxşı ki, müraciət etdiz. Mən də istəyirəm ki, işıqlansın. Bunu kim yayıbsa, ona ayıb olsun. Amin Ramazanov kiməsə belə şey deyibmi? Amin o xəbərləri oxuyanda həqiqətən də çox pis olub. Onun imicinə təsir edən məsələdi. Düzgün etməyiblər. Bunu yazan şəxsin şəxsi qərəzi var. Aminin oyundan bir gün əvvəl qızdırması var idi. Gecədən səhərə qədər yatmayıb. Səhər klubun həkimi müayinə apardı. Halı yaxşı deyildi, qızdırması da var idi. Amin özü oynamaq istəyirdi ki, deyirdi ki, oynayacam. Amma bizim üçün vacib olan futbolçunun sağlamlığıdı. Özü nə qədər istəsə də, biz buna icazə vermərik. İynə-dərmanlardan sonra stadiona gətirdik. Aminin hərarəti düşsəydi, özünü yaxşı hiss etsəydi, oyuna buraxacaqdıq. Qarşılaşmanın startına 15 dəqiqə qalmış 38,5 dərəcə qızdırması var idi. Oyun başlamamış göndərdik klinikaya. Çünki həkimlərimiz meydanın qırağında dayanır. Dedik ki, halın pisləşsə, kim cavabdehlik daşıyacaq? Bu gün də vəziyyəti eynidi. Düzdü, qızdırması var hələ də. Amindən başqa üç-dörd nəfər də bu xəstəliyə yoluxub”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
52
football-plus.az

1Mənbələr