AZ

İkinci zolaqda maşın saxlayan sürücülər hərəkəti çətinləşdirdi VİDEO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Paytaxtın Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə küçəsində dayanma-durma qaydalarını pozan sürücülər lentə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 23-də səhər saatlarında qeydə alınıb. Videodan məlum olur ki, 90-KY-542 dövlət nömrə nişanlı “Nissan” markalı və 99-LE-303 dövlət nömrə nişanlı “Mazda” markalı avtomobillərin sürücüləri nəqliyyat vasitələrini yolun hərəkət hissəsində - ikinci zolaqda saxlayıblar. Nəticədə ərazidən keçən sürücülərin hərəkətinə maneə yaranıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə sürücülər 2 bal və 80 manat məbləğində cərimə olunur.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
62
avtosfer.az

1Mənbələr