GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Elşad Xose Azərbaycan repinin vacib fiqurlarından biri idi. Əvvəl dost olmuşuq, indi münasibətimiz yoxdur. Elşadın xəstəliyi var – reallıqdan çox geri qalıb. Hələ də o dövrdə qalıb: elə bilir ö dövrün davamıdır, o dövrlə nəfəs alır, düşünür, yatır. Son 10-15 ildə Elşadın tutan mahnısı olmayıb”.
Globalinfo.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri reper Dado Əliyev “Astar” yutub layihəsində deyib. İfaçı həmkarı Elşad Xoseni tənqid edib.
O bildirib ki, Elşad Xosenin son illər heç bir yaxşı işi olmayıb:
“Duetlərlə çıxdı, bunu saymıram. Öz yazdığın bir şeylə partlatmamısan. Hansısa musiqili kanalda klipinin getməsi sayılmır. Hələ də o dövrdə etdiyini edir. Onun işi məndən çoxdur. Köhnə mahnıları nə qədər uzadacaqsan? 2010-cu ildən bu yana tutuzdura bilmir. Son zamanlar münasibətimiz heç yoxdur. Bir-birimizdə hər yerdə “qara siyahı”dayıq. Gördüm məni atıb “qara siyahı”ya, başqa adamların yanında haqqımda çox şey danışıb”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.