ABŞ Prezidenti Donald Tramp, Nigeriyanın şimal-qərbində İŞİD-lə əlaqəli hədəflərə hücum təşkil edildiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Tramp sosial media hesabında paylaşdığı açıqlamada, öz əmri ilə Nigeriyanın şimal-qərbinə hava hücumu həyata keçirildiyini bəyan edib.
İŞİD hədəflərinin xüsusilə xristianları hədəf aldığını qeyd edən Tramp, bu barədə daha əvvəl xəbərdarlıq etdiyini və xəbərdarlıqlara əməl olunmazsa, nəticələrinin ağır olacağını söylədiyini vurğulayıb.
O, hücum nəticəsində terrorçuların məhv edildiyini bildirib və əgər xristianlara qarşı hücumlar davam edərsə, bu cür hərbi əməliyyatların artacağını bildirib.