AZ

"Şahdağ Qusar"da bütün suallara bu tarixdə aydınlıq gələcək - Rahid Əmirquliyev açıqladı

Qış fasiləsi ərəfəsində yeni sponsoruna qovuşan "Şahdağ Qusar"da üzlər gülür. I Liqada çıxış edən Şimal təmsilçisi son 2 turda çempionluğa iddialı komandalardan xal almağı ("Səbail" - 2:2, "Mingəçevir" - 1:1) bacardı. Bununla bağlı, debütant fasilədə güclənməyi düşünür.

Bu barədə Fanat.Az-a klubun prezidenti, veteran futbolçu Rahid Əmirquliyev məlumat verib:

"Düzdür, son turlarda daha inamlı təsir bağışladıq, qənaətbəxş nəticələr əldə etdik. Ancaq paralel olaraq, "Difai" ilə "Şimal" öz oyunlarında qələbə qazandılar, bizimlə xal fərqini azaltdılar. Məqsəd bu mövsüm I Liqada yerimizi qorumaqdır. Hədəfə çatmamışıq, arxayınlaşa bilmərik. Əksinə, fasilə dönəmində güclənməli olduğumuzu düşünürəm. Amma bu barədə bütün suallara klubun yeni sponsoru ilə görüşdə aydınlıq gələcək. Bildiyiniz kimi, "ISFA Green Life" ilə bu həftə anlaşma əldə olundu, bu şirkət bizim yeni baş sponsorumuzdur. Sözsüz ki, əsas yatırımı növbəti mövsümə edib çempion olmağı hədəfləmişik. Ancaq dediyim kimi, bu il liqada qalmağı təmin etməliyik. Baş məşqçi və sponsorla görüşlərdən, müzakirələrdən sonra komandadan göndəriləcək futbolçular və yeni transferlər barədə danışa bilərəm. Yeni həftənin əvvəlinə kimi görüşümüz olmalıdır". 

Qeyd edək ki, "Şahdağ Qusar" 12 turda 12 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Şimallılar ən yaxın izləyicisindən cəmi 3 xal irəlidədir.

Mirağa

Seçilən
18
1
fanat.az

2Mənbələr