“Neftçi”nin keçmiş baş məşqçisi Miodraq Bojoviç karyerasını Monteneqroda davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, o, ölkəsinin “Buduçnost” klubunun baş məşqçisi təyin olunub.
Müqavilənin şərtləri hələ açıqlanmayıb.
Bojoviç 2023-cü ilin dekabrından 2024-cü ilin iyununa qədər “Neftçi”də çalışmışdı.