AZ

Sumqayıtda bu şirniyyat istehsalı müəssisəsində tələblər pozuldu

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, 4-cü mkr, C.Cabbarlı küçəsində fəaliyyət göstərən, fiziki şəxs Süleymanova Təranə Saleh qızına məxsus “Banu” şirniyyat istehsalı müəssisəsində plandankənar yoxlama keçirib.

Baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, kremli qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən saxlanıldığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal sahəsində döşəmə və divarların asan təmizlənən, dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Seçilən
53
8
teleqraf.com

9Mənbələr