Təhlükəli qrip ştammlarına yoluxmanın bəzi əlamətləri insanları dərhal həkimə müraciət etməyə vadar etməlidir.
Redaktor.az xəbər verir ki, bu barədə şotlandiyalı terapevt İən Morrison "Metro" nəşrinə açıqlamasında xəbərdarlıq edib.
Həkimin sözlərinə görə, ən əsas və təhlükəli əlamət sinədə güclü sıxılma hissidir. Bu vəziyyət elə həddə çata bilər ki, insan ən sadə hərəkətləri belə yerinə yetirməkdə çətinlik çəkər. O cümlədən pilləkən qalxmaq və ya bir neçə cümlə demək belə çətinləşir.
“Bu, qanda oksigen səviyyəsi ilə bağlı ciddi problemlərin olduğunun göstəricisidir”, - deyə İən Morrison vurğulayıb.
Aytəkin TOFİQQIZI