AZ

Din dövlətdən ayrıdır ... Təhsil müəssisəsində dünyəvi biliklər verilməlidir, məktəbdə dini təbliğat aparılmamalıdır

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Təhsil sistemində dini təbliğatın aparılması düzgün deyil". Bunu Azərbaycan Din Xadimlərinin II Forumunda “Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları” mövzusunda panel müzakirəsi zamanı elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib. Nazir müavini bildirib ki, dinlə bağlı məlumatlar da təhsil sistemində, məktəblərdə şagirdlərə çatdırılır.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, məktəblərdə dini mövzularda tədrisin aparılması, eyni zamanda dini mövzularda konkret olaraq dərslərin olması ilə bağlı məsələyə "yox" deyir.

İlqar Orucov

“Azərbaycan kifayət qədər inkişaf etmiş və dünyəvi dəyərlər üzərində formalaşan dövlətdir. Azərbaycanda baxmayaraq ki, fərqli dinlərin nümayəndələri yaşayır və bütün dinlərin nümayəndələrinə onların dini dəyərlərinə Azərbaycan dövləti hörmətlə yanaşır, bərabər imkanlar sərgiləyir. Məktəb dövlətin məktəbidir. Ümumiyyətlə, təhsil müəssisəsində yalnız dünyəvi biliklər verilməlidir. Məktəb din dərsləri üçün, dini mövzuda tədris üçün məkan kimi seçilə bilməz.

Bəzən eşidirəm, belə yanaşmalar var ki, dini mövzularda dərslər açılsın, hansısa dini ixtisaslarda dərslər tədris olunsun. Onsuz da şagirdlərə fərqli fənlər daxilində dini dünyagörüşlə bağlı hansı səviyyədə lazımdırsa, o səviyyədə də biliklər verilir. Bundan artığını etməyə də ehtiyac yoxdur.

Bizim dərsliklərdə humanist dəyərlər təbliğ edilir. Söhbət burada humanitar və ictimai fənlərdən gedir. O ki, qaldı digər fundamental fənlər, tutaq ki, riyaziyyat, fizika, biologiya onlar fundamental bilikləri aşılayır.

Sırf hansısa dini mövzuların dərsliklərə salınmasını tutaq ki, tarixlə bağlı ədəbiyyatlarda hansı epizodlar üzrə verilə bilər. Amma sırf dinin tədrisi ilə bağlı hədəflənmiş mövzuları düzgün hesab etmirəm və düşünürəm ki, təhsil müəssisəsi dini təbliğat aparmaq məkanı deyil və yaxud dini bilik vermək məkanı kimi seçilə bilməz” deyə İlqar Orucov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
bizimyol.info

1Mənbələr