AZ

"Veteran futbolçularımız, məşqçilərimiz də vəziyyəti görürlər, amma danışmırlar" - Rusiyada yaşayan millinin sabiq üzvü

Azərbaycan millisinin sabiq üzvü Ramal Hüseynov Sportal.az saytına açıqlama verib.

O, Azərbaycan futbolunun durumunu şərh edib. Artıq uzun müddətdir ki, Rusiyanın paytaxtı Mosvka şəhərində yaşayan Hüseynov bunları deyib:

"Rusiyadayam, buradan futbolumuza baxmaq daha rahatdır. Həqiqətən də futbolumuzun durumu çox ağırdır. Məşqçi təyinatlarına baxırsan...Aşağı yaş qruplarlarında işləyən məşqçilərə baxıram. U-21 yığmamızın baş məşqçisi kimdir? Bildiyim qədərilə Rəşad Eyyubovdur. Harada oynayıb, nə vaxt məşqçi oldu? Niyə U-21 yığmasının baş məşqçisi odur? Yəqin ki, kimlərsə istəyib deyə, o, hazırda yığmada işləyir. Veteran futbolçularımız, məşqçilərimiz də vəziyyəti görürlər, danışmırlar da. Ayda maaş alırlar deyə, danışmaq istəmirlər. Futbol akademiyalarımızın durumu niyə bu gündədir? Hanı ümumiyyətlə akademiyalarımız? Yoxdur.

Ən yaxşı klubumuz "Qarabağ"dır, onların da bazası, yeri yoxdur. Oranı icarəyə götürürlər, buranı icarəyə götürürlər. Məşqçi kateqoriyalarını bilirsiz necə verirlər, sanki marketdən su alırsan. Birinci oynayanlara verin kateqoriyanı sonra digərlərinə. C kateqoriyasını payladılar, hamı getdi özünə klub açdı, özünü məşqçi hiss etdi. Uşaqları yığırlar ora, bədbaxt edirlər. Kimə gəldi C kateqoriyası verirlər. Ona görə də futbolçumuz yoxdur".

"Qarabağ"ın sabiq futbolçusu bildirib ki, Azərbaycan çempionu avrokuboklarda uğurlu nəticələr əldə etsə də, daha çox futbol akademiyalarına diqqət yönəltmək lazımdır:  "Qarabağ" avrokuboklarda uğurlu çıxış edir, onlar o yerlərə gedib çıxıbsa, o demək deyil ki, futbolumuz yaxşı durumdadır. Digər klublarımız nə vəziyyətdədir, dəhşətli durumlar var. Bunların hamısına nəzərət etmək lazımdır. Avropada "Qarabağ" kimi təmsilçimiz var, onun da akademiyası bayaq dediyim durumdadır...Nəzarət etmək lazımdır. Yoxsa, daha da ağır duruma düşəcəyik. Bir dəfə demirlər ki, Ramal Hüseynov haradadır? 15 yaşında Avropada ən istedadlıların transferlər siyahısında idim, Zlatan İbrahimoviçdən daha bahalı futbolçu idim. Bir dəfə akademiyada uşaqlara demirlər ki, siz də belə ola bilərsiz, Ramal kimi 15 yaşında yığma komandaya dəvət almağınız realdır. Danışılası çox şey var".

Mirbağırağa

saytlarin hazirlanmasi

Seçilən
13
1
sportal.az

2Mənbələr