AZ

Futbol ictimaiyyətindən kimlərə mənzil verildi?

Bu gün 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib.

Msport.az xəbər verir ki, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət başçısı 2025-ci ildə yüksək nailiyyətlər qazanmış bir qrup idmançıya və idman mütəxəssisinə – Şəmsi Səfərliyə, Böyükxanım Astanovaya, Morteza Validarviyə, Mehran Həmidzadəyə, Malik Həsənova, İmamverdi Məmmədova, Ramil Vəliyevə, Tofiq Əliyevə, Oqtay Abdullayevə, Nurəddin Məmmədova, Solmaz Adilovaya, Ülvi Qənizadəyə, Murad Məmmədova, Ramil Cəfərova, Aygül Abdullayevaya, Yelizaveta Rubana, Xəyyam Orucova, Elnur İbrahimə, Taleh Nağızadəyə, Nərmin Kazımovaya və Fərid Tağızadəyə yeni mənzillərin orderlərini təqdim edib.

Qeyd eədk ki, mənzil almış şəxslərdən ikisi futbol ictimaiyyəti nümayəndəsidir. “Neftçi”nin veteran futbolçusu olmuş Oqtay Abdullayev uzun illərdir ki, Cüdo üzrə milli komandaların təlim-məşq mərkəzində (keçmiş “Neftçi” baza) direktordur. O, eyni zamanda “Turan Tovuz” klubunun İdarə Heyəti sədrinin müşaviridir.

Mənzillə təmin olunan digər şəxs isə Peşəkar Futbol Liqasında çalışır. Vaxtilə PFL-in baş direktoru olmuş Malik Həsənov hazırda bu qurumda başqa vəzifədə çalışır.

Seçilən
24
msport.az

1Mənbələr