AZ

Sərnişin Rusiyaya 55 timsah dərisi qaçaqmalçılıq etməyə çalışıb

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki,dərilərin ümumi dəyəri təxminən 1,7 milyon rubl təşkil edib və sərnişin onları rəsmi şəkildə bəyan etməyib. Hadisə ilə bağlı şəxsin qarşısına inzibati məsuliyyət məsələsi qoyulub və artıq ona qarşı inzibati iş başlanıb. Qeyd edək ki, bu, Rusiyada hava limanlarında qaçaqmalçılığın qarşısının alınması istiqamətində aparılan nəzarət tədbirlərinin davamı olaraq həyata keçirilən əməliyyatlardan biridir. Bundan əvvəl Baş Prokurorluq Domodedovo hava limanında 18,5 milyard rubl dəyərində oğurluğun qarşısını almışdı.

 

Seçilən
37
Ajans.az

1Mənbələr