Dekabrın 24 və 25-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan həbsxanalarında saxlanılan ermənilərə baş çəkib və onlarla təkbətək söhbətlər aparıblar.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, Ermənistan Qırmızı Xaçı kommunikasiya proqramları ofisinin rəhbəri Zara Amatuni bildirib.
"Təşkilatımızın prosedurlarına və formatına uyğun olaraq, komandamızın üzvləri məhbusların hər biri ilə təbii ki, onların saxlanma şəraitini, səhhətlərini və aldıqları tibbi yardımı qiymətləndirmək məqsədi ilə fərdi söhbətlər aparıblar", - Amatuni qeyd edib.
Artıq BQXK-nın Bakıda nümayəndəliyinin olmadığını nəzərə alaraq, səfər təşkilatın Cenevrədəki mənzil-qərargahından birbaşa təşkil olunub. "BQXK bu istiqamətdə fəaliyyətini davam etdirməyə hazırdır", - Amatuni vurğulayıb.
Telegram kanalımız