AZ

Laricaniyə qarşı   sui-qəsdin qarşısı son anda alındı

“Əl-Mahatta” podkastının yaydığı məlumata görə, Livanda İranın tanınmış siyasi fiquru və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaniyə qarşı planlaşdırılan sui-qəsdin qarşısı alınıb. Livanlı jurnalistlər Həsən Alik, Rədvan Mortada və Qasım Qasım təhlükəsizlik mənbələrinə istinadla bildiriblər ki, əməliyyat əvvəlcədən izlənərək zərərsizləşdirilib.

Məlumata görə, plan 2025-ci ilin əvvəlindən hazırlanıb və Laricaninin mümkün səfər marşrutları ətrafında logistika şəbəkəsi qurulub. Sui-qəsdin texnoloji vasitələrlə və məsafədən icra olunması nəzərdə tutulub, məqsəd isə icraçıların hadisə yerində iz buraxmaması olub.

Təhlükəsizlik orqanları şübhəli hərəkətləri izləyərək əsas fiquru saxlayıb, nəticədə əlaqəli məkanlar və avadanlıqlar aşkar edilib. Bu, planın ciddi şəkildə hazırlandığını göstərib.

Seçilən
64
veteninfo.az

1Mənbələr