AZ

Pekin 20 ABŞ şirkətinə sanksiya tətbiq edib

Çin hakimiyyəti müdafiə sektorunda fəaliyyət göstərən 20 Amerika şirkətinə qarşı sanksiya tətbiq edib.

Missiya.Az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"ABŞ-nin Tayvana genişmiqyaslı silah satışı ilə bağlı son açıqlamasına cavab olaraq, Çin hərbi sektorla əlaqəli 20 ABŞ şirkətinə və son illərdə Tayvanı silahlandırmaqda iştirak edən 10 şirkət rəhbərinə qarşı əks tədbirlər tətbiq etmək qərarına gəlib",- Çin nazirliyinin sözçüsü qeyd edib.

Çin Xarici İşlər Nazirliyi bir daha ABŞ-ni "Tayvan boğazında sülh və sabitliyi pozmağı" və silah tədarükünü dayandırmağa çağırıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
21
missiya.az

1Mənbələr