AZ

“Keşikçidağ” Dövlət tarix mədəniyyət qoruğunun yaradılmasından 18 il ötür

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağstafa, 26 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

“Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun yaradılmasından 18 il ötür.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bununla əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Mədəni irsimiz Keşikçidağ” təsvirli bələdçi jurnalının, “Keşikçidağ mağaralar kompleksi” adlı diskin təqdimatı və qoruğun rəsmi saytı olan “keshikchidagh-heritage.az” saytının, o cümlədən qoruğun bütün sosial şəbəkələrinin yenilənmiş versiyasının təqdimatı olub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının müəllimləri, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Qazax Müəllimlər Seminariyası ADA Universitetinin əməkdaşları, “Avey”, və “Qədim Şəmkir şəhəri” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşları, ziyalılar iştirak ediblər.

Çıxış edənlər Keşikçidağ Kurqanlar Vadisində yerləşən kurqanlarda aparılmış arxeoloji qazıntı işlərinin nəticələrindən danışıblar.

Sonra qoruğa aid tarixi abidələrin fotoşəkillərindən ibarət videoçarxların nümayişi fonunda qoruq əməkdaşları 18 illik fəaliyyət çərçivəsində görülən işlərdən bəhs ediblər.

Tədbir bədii hissə ilə davam edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
111
azertag.az

1Mənbələr