AZ

On bir ayda Qəbələdə 20,3 milyon manatlıq sənaye məhsulu ixrac olunub

ain.az bildirir, Azertag portalına istinadən.

Qəbələ, 26 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 133 milyon 118 min manatlıq sənaye xarakterli məhsul istehsal olunub və xidmətlər göstərilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 917,5 min manat çoxdur.

Qəbələ Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsal edilən sənaye məhsulunun 12,4 faizi dövlət, 87,6 faizi qeyri-dövlət sektorunun payına düşüb. On bir ayda rayonda 20 milyon 349,7 min manatlıq sənaye məhsulu ixrac olunub.

Qurumdan bildirilib ki, rayonun sənayesi əsasən mədənçıxarma, emal, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrini əhatə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
93
azertag.az

1Mənbələr