AZ

Ter-Petrosyan Paşinyanı devirmək üçün blok yaradır: Yerinə görün kimi gətirir

Ermənistan Milli Konqres Partiyası 2026-cı il parlament seçkilərində iştirak edəcək.

Publika.az xəbər verir ki, bu barədə partiyanın sədr müavini, keçmiş millət vəkili Aram Manukyan mətbuat konfransında bildirib.

Manukyan bildirib ki, "Həm Respublika Şurası, həm də partiyanın idarə heyəti yekdilliklə qərara gəlib ki, birincisi, qarşıdan gələn seçkilərdə iştirak etsin, ikincisi isə İdarə Heyətinin sədr müavini Levon Zurabyanı baş nazirliyə namizəd kimi irəli sürsünlər".

Onun sözlərinə görə, 2026-cı il seçkiləri adi bir səsvermə deyil və partiyanın məqsədi sadəcə parlamentə düşmək deyil, ölkə suverenliyini itirmək təhlükəsi ilə üzləşib.

"Və bu mərhələdə sadəcə parlamentə düşməyi hədəfləyənlər hökumətin gündəliyinə birbaşa töhfə verirlər.

Seçilən
4
publika.az

1Mənbələr