Bakı. Trend:
Suriyanın Homs şəhərində yerləşən İmam Əli məscidində terroraktı törədilib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, cümə namazı zamanı törədilən partlayışdanəticəsində azı 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.
Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimaledilir.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hələlik heç birqruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.