Dünya futbolu tarixində ən gülünc qovulma İspaniyanın 7-ci divizionunda baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə İspaniya idman mediası məlumat yayıb. İspaniyanın 7-ci divizionunda baş verən hadisə şok effekti yaradıb, lakin ədalət bərpa olunub.
Məlumata görə, dünya futbol tarixində ən absurd qovulma hadisəsi İspaniyanın 7-ci divizionunda qeydə alınıb. “Sedeyra” klubunun oyunçusu Daniel Bellas hakimə çırpıldığı üçün qırmızı vərəqə alıb.
Hakim oyunçunun bunu qəsdən etdiyini düşünüb və onu dərhal meydandan qovub. O, matçın protokolunda hadisəni “həddindən artıq güc tətbiq edərək yıxma” kimi qeyd edib.
Nəticə isə komanda üçün ağır olub: azlıqda qalan meydan sahibləri rəqibə 0:2 hesabı ilə uduzublar.
Matçdan sonra klub qərara etiraz edib və baxışdan sonra Bellasın qırmızı vərəqəsi ləğv olunub.
Xuraman Etibarlı
İnterpress.az