AZ

Məşhur bloger HƏBS EDİLİB

Ajans.az xəbər verir ki,bu barədə The Guardian xəbər yayıb. Hadisə 3 noyabr tarixində baş verib. TikTok-da canlı yayım edərkən maşın sürən Makkarti-Roten yolu keçən bir kişini görməyərək vurub. O, dərhal yayımı dayandırıb. Piyada aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib və xilas edilməsi mümkün olmayıb. Bloqçu qəza yerində polisə ifadə verib. O, ilkin ifadəsində yaşıl işıqda hərəkət etdiyini və piyadanı gec gördüyünü iddia edib. Lakin aparılan araşdırmalar göstərib ki, Makkarti-Roten əslində qırmızı işıqda hərəkət edib. Nəticədə, 23 dekabrda məşhur TikTokçu həbs olunub. Hadisə sosial şəbəkələrdə böyük rezonans doğurub və təhlükəsiz sürücülük mövzusunda geniş müzakirələrə səbəb olub.  

Seçilən
19
Ajans.az

1Mənbələr