Bakı.Trend:
Azərbaycanda üç nəfər müxtəlif müddətlərdə futboldanuzaqlaşdırılıb.
Trend xəbərverir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, Region Liqasında iştirak edən "Naxçıvan" klubununbaş məşqçisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınmasıüçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığına görə onun 3 (üç)il ərzində futbola aid istənilən fəaliyyətdə iştirak etməsinəqadağa qoyulub.
Eyni turnirdəki "Çinar-Zəngilan"ın idman direktoru AnarDünyamalıyev tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuşsənədlər saxtalaşdırıldığına görə onun 3 (üç) il ərzində futbolaaid istənilən fəaliyyətdə iştirakı qadağan edilib.
Bundan əlavə, Region Liqasında iştirak edən "Baku TFK"nın icraçıdirektoru Rövşən Mustafayev lisenziyaların alınması üçün təqdimolunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun1 il 6 ay müddət ərzində futbola aid istənilən fəaliyyətə qatılmasıqadağan olunub.