
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin ilk kosmonavtının hazırlanması və ilk süni peykinin orbitə buraxılması planlarını açıqlayıb.
Missiya.Az xəbər verir ki, o, bunu parlamentə və xalqa illik müraciətində bildirib. "Bu layihə Özbəkistanın texnoloji və milli inkişafına töhfə verəcək. Müstəqil Özbəkistan tarixində ilk dəfə olaraq süni peykin kosmosa buraxılması və ilk özbək kosmonavtının hazırlanması üzərində işə başladıq”, – deyə Prezident əlavə edib.
Qeyd edək ki, daha əvvəl Özbəkistanın ilk peykini orbitə çıxarmaq üçün SpaceX ilə danışıqlar aparıldığı, peykin isə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə birgə buraxılmasının planlaşdırıldığı bildirilib.
Seyranə QuliyevaMissiya.Az