AZ

Almaniyada fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Ulu Öndərimizin adını daşıyan Dünya Boks Komitəsinin idmançıları adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimiyyətlə təbrik edir, Zati-alinizə ən xoş arzularımızı çatdırırıq.

Sizin müdrik rəhbərliyinizlə Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər bizi olduqca sevindirir. İnanırıq ki, Siz hələ ölkəmizə və xalqımıza çox uğurlar qazandıracaq, yeni-yeni zəfərlər bəxş edəcəksiniz.

Fürsətdən istifadə edərək, Sizi həm də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirik.

Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətə,

Yaşar Niftəliyev

Almaniyada fəaliyyət göstərən Heydər Əliyev adına

Dünya Boks Komitəsinin rəhbəri

 

Seçilən
19
1
azerbaijan-news.az

2Mənbələr